Xarici investorlar bir həftədə Türkiyədən 375 mln. dollar çıxarıb

Xarici investorlar bir həftədə Türkiyədən 375 mln. dollar çıxarıb Dolların məzənnəsinin artması səhm portfelinin dəyərinin daha çox azalmasına səbəb olub
Maliyyə
19 Yanvar , 2017 20:35
Xarici investorlar bir həftədə Türkiyədən 375 mln. dollar çıxarıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Xarici investorlar 9-13 yanvar həftəsində Türkiyədə 102,8 mln. ABŞ dolları həcmində səhm alıb, 477,9 mln. dollarlıq dövlət və 85,6 mln. dollarlıq korporativ sektor istiqraz və notları satıb. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumat Türkiyə Mərkəz Bankının (TCMB) hesabatında yer alıb. 

Hesabata görə, nəticədə, xarici investorların aktivləri bir həftə ərzində səhm portfeli üzrə 102,8 mln. dollarlıq alışa baxmayaraq dolların bahalaşması fonunda 324,4 mln. dollar və ya 0,94% azalaraq 34 038,9 mln. dollara düşüb. Eyni dövrdə, xarici investorların dövlət istiqrazları portfeli 2 460,6 mln. dollar və ya 9,24% azalaraq 24 177,6 mln. dollara enib. Korporativ sektor istiqrazları isə hesabat həftəsində 85,6 mln. dollar və ya 9,43% azalaraq 822 mln. dollara kimi geriləyib.

Son xəbərlər

Orphus sistemi