Yuxarı

Xaqani Abdullayev: “Əqdlərin sənədləşməsi və rəsmiləşməsi səviyyəsi yüksəlməkdədir”

Əqdlərin sənədləşməsi və rəsmiləşməsi səviyyəsi yüksəlməkdədir

“Biz daim vergi islahatlarının monitorinqini aparırıq. Şəffaflaşmanın əsas göstəriciləri müxtəlif sahələrdə elektron qaimə faktura ilə rəsmiləşən dövriyyələrin artımıdır”.

“Report” xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev Bakıda keçirilən “III Milli Mühasiblər Forumu”nda çıxışı zamanı bildirib.

“Bu ilin ilk 4 ayında qeyri-neft sektoru üzrə dövriyyələrin ən yüksək artım templəri kənd təsərrüfatında (51%), pərakəndə ticarətdə (25%), ictimai iaşədə (20%), topdan-satış ticarətdə (17%) qeydə alınıb. Bundan başqa, ƏDV-yə cəlb olunan topdansatış ticarət üzrə dövriyyə 25%-, pərakəndə ticarət üzrə dövriyyə isə 38% artıb.

Dörd ay ərzində qeyri-neft sektorunda elektron qaimə faktura ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi isə 59%-dən 65%-ə yüksəlib. O cümlədən topdansatış ticarətdə bu göstərici 69%-dən 84%-ə, istehsalda isə 65%-dən 75%-ə qalxıb. Bütövlükdə topdansatış ticarətdə elektron qaimə ilə rəsmiləşən dövriyyədə 43%, istehsalda isə 30% artım müşahidə etmişik”, - X.Abdullayev deyib.

Nazir müşaviri onu da vurğulayıb ki, elektron aimə ilə rəsmiləşən dövriyyələrdə ən yüksək artım tempi kənd təsərrüfatında (2 dəfə), ticarətdə (42%), bank və sığortada (26%), sənayedə (19%), olub.

“Bu onu göstərir ki, əqdlərin sənədləşməsi və rəsmiləşməsi səviyyəsi yüksəlməkdədir”, - X.Abdullayev əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi