Yuxarı

​"Xalq Sığorta" şirkəti "Yaşıl Kart" sığortaçılarının Reyestrinə daxil edilib

Dekabrın 21-dək reyestrə daxil olmayan sığorta şirkətlərinin icbari avtosığorta üzrə fəaliyyəti məhdudlaşdırılacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkəti olan “Xalq Sığorta” ASC "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib.

"Report"un məlumatına görə, “İcbari sığortalar haqqında” qanunun 50.2 maddəsinə uyğun olaraq, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil olmalıdır.

Azərbaycanda “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar 2015-ci il dekabrın 21-dək müvafiq reyestrə daxil olmaq üçün İSB-yə müraciət etməlidir. Əks halda həmin sığortaçının 2016-cı il yanvarın 1-dən etibarən İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi