Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında “Xalq Sığorta” ASC-nin yığımları 9 410 177 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.
Hesabat dövründə “Xalq Sığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət 11 ay ərzində 5 721 154 manat ödəniş edib və bu, illik müqayisədə 29,24% çoxdur.
Bu ilin yanvar-noyabr aylarında “Xalq Sığorta” topladığı hər 100 manat sığorta haqqının 60,8 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 46,05% olub.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 39 388 700 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 5,33 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.