​"Xalq Sığorta"nın yığımları 12%-dən çox artıb

​"Xalq Sığorta"nın yığımları 12%-dən çox artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
18 İyul , 2016 12:51
​Xalq Sığortanın yığımları 12%-dən çox artıb

Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısında "Xalq Sığorta" ASC-nin yığımları 4 745 216 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,35% çoxdur.

Hesabat dövründə "Xalq Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 6 ay ərzində 2 804 122 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 81,69% çoxdur.

2016-cı ilin yanvar-iyununda "Xalq Sığorta" topladığı hər 100 manat sığorta haqqının 59,09 manatını müştərilərinı geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 36,55% olub.

Xatırladaq ki, "Xalq Sığorta" 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32,516 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4,4 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. 

Son xəbərlər

Orphus sistemi