“Xalq Sığorta”nın xalis mənfəəti 4 dəfə azalıb

“Xalq Sığorta”nın xalis mənfəəti 4 dəfə azalıb Bakı. 16 mart. REPORT.AZ/ “Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 52,915 mln. manat təşkil edib.
Maliyyə
16 Mart , 2018 09:01
“Xalq Sığorta”nın xalis mənfəəti 4 dəfə azalıb

Bakı. 16 mart. REPORT.AZ/ “Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 52,915 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,3% azdır.

2017-ci ildə “Xalq Sığorta”nın cəmi öhdəlikləri 28,6% azalaraq 6,695 mln. manata, cəmi kapitalı 3,3% azalaraq 46,22 mln. manata düşüb, nizamnamə kapitalı isə 13,5% artaraq 44,71 mln. manata çatıb.

Ötən il “Xalq Sığorta”nın gəlirləri 12,201 mln. manat (əvvəlki ilə nisbətən 33,2% az), xərcləri isə 10,317 mln. manat (10,9% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 1,884 mln. manat olub ki, bu da illik müqayisədə 71,8% və yaxud 3,5 dəfə azdır.

2017-ci ildə “Xalq Sığorta” 377 min manat mənfəət vergisi ödəyib və ili 1,507 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi