​"Xalq Sığorta"nın ödənişləri 48% artıb

​"Xalq Sığorta"nın ödənişləri 48% artıb Şirkətin sığorta daxilolmaları isə 3% azalıb
Maliyyə
17 İyun , 2016 09:52
​Xalq Sığortanın ödənişləri 48% artıb

Bakı. 17 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Xalq Sığorta" ASC-nin yığımları 4,092 mln. manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır.

Hesabat dövründə "Xalq Sığorta"nın ödənişləri isə artıb. Belə ki, şirkət 5 ay ərzində 2,284 mln. manat ödəniş edib. Bu da illik müqayisədə 48% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında "Xalq Sığorta" topladığı hər 100 manat sığorta haqqının 55,8 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-mayında 36,5% olub.

Son xəbərlər

Orphus sistemi