"Xalq Sığorta"nın ödənişləri 21% artıb

"Xalq Sığorta"nın ödənişləri 21% artıb Hesabat dövründə şirkətin daxilolmaları isə 3% azalıb
Maliyyə
16 Noyabr , 2016 14:28
Xalq Sığortanın ödənişləri 21% artıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Xalq Sığorta" ASC-nin yığımları 8 900 958 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azdır.

Hesabat dövründə "Xalq Sığorta"nın ödənişləri isə artıb. Belə ki, Şirkət 10 ay ərzində 5 115 060 manat ödəniş edib və bu, illik müqayisədə 21,2% çoxdur.

Cari ilin ilk 10 ayında "Xalq Sığorta" topladığı hər 100 manat sığorta haqqının 57,47 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 46,09% olub.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 39 388 700 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 5,33 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi