“Xalq Sığorta”nın aktivləri 5% artıb

“Xalq Sığorta”nın aktivləri 5% artıb Bakı. 3 may. REPORT.AZ/ “Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 54,141 mln. manat təşkil edib.“Report” şirkətin mühasibat balansın...
Maliyyə
3 May , 2017 15:14
“Xalq Sığorta”nın aktivləri 5% artıb

Bakı. 3 may. REPORT.AZ/ “Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 54,141 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5% çoxdur.

Son 1 ildə “Xalq Sığorta”nın uzunmüddətli aktivləri 5 dəfə artaraq 6,71 mln. manat, qısamüddətli aktivləri isə 6,5% azalaraq 47,431 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 72,2% azalaraq 8,046 mln. manata, o cümlədən uzunmüddətli öhdəlikləri 73% azalaraq 7,819 mln. manata düşüb, qısamüddətli öhdəlikləri isə 9,1 dəfə artaraq 227 min manata çatıb.

İl ərzində sığortaçının cəmi kapitalı 2 dəfədən çox artaraq 46,094 mln. manata, nizamnamə kapitalı isə 21,1% artaraq 39,389 mln. manata yüksəlib.

Bu ilin I rübündə “Xalq Sığorta”nın gəlirləri 3,615 mln. manat (2016-cı ilin eyni dövründə gəliri olmayıb), xərcləri isə 2,279 mln. manat (6,8% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə və xalis mənfəəti 1,336 mln. manat olub.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı hər birinin nominal dəyəri 5,33 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi