“Xalq Kapital” investisiya şirkətinin Bakı Fond Birjasına üzvlüyü bərpa olunub

“Xalq Kapital” investisiya şirkətinin Bakı Fond Birjasına üzvlüyü bərpa olunub Birja üzvlərinin sayı 7-yə çatıb
Maliyyə
1 Avqust , 2017 12:08
“Xalq Kapital” investisiya şirkətinin Bakı Fond Birjasına üzvlüyü bərpa olunub
Report

Bakı. 1 avqust. REPORT.AZ/ “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti “Qiymətli kağızlar bazarı haqqında” qanuna və Bakı Fond Birjasının (BFB) “Üzvlük Qaydaları”na uyğunlaşdırıldığı üçün BFB-nin Üzvlük Komissiyasının qərarlı ilə şirkətin birja üzvlüyü bərpa olunub.

“Report” xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir.

Bununla da birjanın üzvlərinin sayı 7-yə çatıb.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Kapital İnvestisiya Şirkəti”nə bu il iyunun 9-da yeni lisenziya verib. 

Son xəbərlər

Orphus sistemi