“Xalq Kapital" investisiya şirkətinə lisenziya verilib

“Xalq Kapital" investisiya şirkətinə lisenziya verilib Azərbaycanda investisiya şirkətlərinin sayı 7-yə çatıb
Maliyyə
14 İyun , 2017 16:20
“Xalq Kapital investisiya şirkətinə lisenziya verilib
Report

Bakı. 14 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-yə investisiya şirkəti fəaliyyətinə lisenziya verilib.

“Report” Palataya istinadən xəbər verir ki, Direktorlar Şurasının iclasında şirkətin əsas və yardımçı investisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı müraciətinə baxılaraq, sözügedən lisenziyanın verilməsi üçün müsbət qərar qəbul edilib.

Qeyd edək ki, cəmiyyət əsas investisiya xidmətləri olaraq, qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, fərdi investorların portfelinin idarə edilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması, qiymətli kağızların öhdəlik götürmədən və götürməklə yerləşdirilməsi və anderraytinqi ilə məşğul olacaq. “Xalq Kapital İnvestisiya Şirkəti” həmçinin, müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi yardımçı investisiya xidmətini yerinə yetirəcək.

Xatırladaq ki, hazırda qiymətli kağızlar bazarında əlavə olaraq 6 investisiya şirkəti müvafiq lisenziyaya malikdir. 

Son xəbərlər

Orphus sistemi