Yuxarı

“Xalq Həyat Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

​“Xalq Həyat Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin mart ayında lisenziya verdiyi “Xalq Həyat Sığorta” ASC “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünü həyata keçirmək üçün İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edilib.

“Report” bu barədə İSB-yə istinadən xəbər verir.

Bununla da Büronun üzvü olan sığorta şirkətlərinin sayı 17-yə çatıb. 

Xatırladaq ki, “Xalq Həyat Sığorta” ötən ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmdarı 100% “Xalq Sığorta” ASC-dir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi