“Xalq Bank” mənfəəti kəskin artıb

“Xalq Bank” mənfəəti kəskin artıb Bakı. 26 aprel. REPORT.AZ/ “Xalq Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 34% artaraq 2018-ci il aprelin 1-nə 2 225 651 min manata çatıb.
Maliyyə
26 Aprel , 2018 10:36
“Xalq Bank” mənfəəti kəskin artıb
Report

Bakı. 26 aprel. REPORT.AZ/ “Xalq Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 34% artaraq 2018-ci il aprelin 1-nə 2 225 651 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 5% artaraq bu il aprelin 1-nə 1 281 035 min manat təşkil edib. Kreditlərin 815 581 min manatı xarici valyuatada olub.

Cəmi öhdəliklər illik 38% artaraq 1 958 807 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) illik 37% artaraq 1 489 903 min manata düşüb. Mərkəzi Bankın banka qarşı tələbləri dəyişməyərək 2018-ci il aprelin 1-nə 31 492 min manat qalıb. 2018-ci il aprelin 1-nə bankın cəmi kapitalı 266 844 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci rübü ərzində 7 523 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 dəfə çoxdur.

2018-ci ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 27 088 min manat, qeyri-faiz gəlirləri 3 046 min manat, faiz xərcləri 5 767 min manat, qeyri-faiz xərcləri 8 555 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi