“Xalq Bank”ın xalis mənfəəti 21% artıb

“Xalq Bank”ın xalis mənfəəti 21% artıb “Xalq Bank” ASC 2019-cu ili 33,447 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
27 Yanvar , 2020 11:18
“Xalq Bank”ın xalis mənfəəti 21% artıb

“Xalq Bank” ASC 2019-cu ili 33,447 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 20,6% çoxdur.

Ötən il “Xalq Bank”ın əməliyyat gəlirləri 130,302 milyon manat (illik müqayisədə 9,4% çox), əməliyyat xərcləri 74,773 milyon manat (12,4% çox), xüsusi ehtiyatlara ayırmaları 13,78 milyon manat (22,9% az), gözlənilməz gəlirləri 220 min manat (5,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 8,523 milyon manat (21,6% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Bank”ın aktivləri 2 458,468 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,4% çoxdur. Bunun 1 799,468 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 33,3% böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 18,1% artaraq 2 038,739 milyon manata, o cümlədən depozit portfeli 36,2% artaraq 1 714,934 milyon manata, balans kapitalı isə 48,6% artaraq 419,73 milyon manata, o cümlədən nizamnamə kapitalı 62,1% artaraq 364,773 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi