“Xalq Bank”ın xalis mənfəəti 2,5 dəfə artıb

“Xalq Bank”ın xalis mənfəəti 2,5 dəfə artıb Bakı. 18 sentyabr. REPORT.AZ/ “Xalq Bank” ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artaraq 2017-ci il avqustun 1-nə 1 802,870 mln...
Maliyyə
18 Sentyabr , 2017 14:47
“Xalq Bank”ın xalis mənfəəti 2,5 dəfə artıb
Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Xalq Bank” ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artaraq 2017-ci il avqustun 1-nə 1 802,870 mln. manat təşkil edib.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Kredit portfeli illik 10,3% azalaraq 1 283,972 mln. manat olub. Kredit portfelinin 785,733 mln. manatı və ya 61,2%-i xarici valyuta verilib.

Cəmi öhdəliklər ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% artaraq 1 550,049 mln. manata çatıb. Depozit portfeli isə 2,3% azalaraq avqustun 1-nə 1 185,125 mln. manata enib. Depozit portfelinin 835,917 mln. manatı və ya 70,5%-i xarici valyutada yerləşdirilib. 

Bu müddətdə Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbləri 31,5 mln. manatdan 31,492 mln. manata enib. Cari il avqustun 1-nə Bankın nizamnamə kapitalı 211,647 mln. manat, cəmi kapitalı 252,821 mln. manat təşkil edib.

Bank cari ilin birinci yarısında 12,634 mln. manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi