"Xalq Bank"ın öhdəlikləri artıb

"Xalq Bank"ın öhdəlikləri artıb Bakı. 30 yanvar. REPORT.AZ/ ”Xalq Bank” ASC-nin aktivləri illik müqayisədə 8,7% artaraq 2018-ci il yanvarın 1-nə 1 813,647 mln. manat təşkil edib.
Maliyyə
30 Yanvar , 2018 15:14
Xalq Bankın öhdəlikləri artıb
Report

Bakı. 30 yanvar. REPORT.AZ/ ”Xalq Bank” ASC-nin aktivləri illik müqayisədə 8,7% artaraq 2018-ci il yanvarın 1-nə 1 813,647 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Müştərilərə verilən kreditlərin həcmi bu müddətdə 3,0% artaraq 1 312,223 mln. manata yüksəlib. Bildirək ki, kreditlərin 822,578 mln. manatı və ya 62,7%-i xarici valyutadadır.

Bankın cəmi öhdəlikləri də ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artaraq 1 553,808 mln. manata çatıb. Banklar və maliyyə institutları istisna olmaqla depozit portfeli illik 6,6% artaraq 1 170,91 mln. manat olub. Bunun da 781,453 mln. manatı və ya 66,7%-i xarici valyutada olan depozitlərin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının "Xalq Bank"a qarşı tələbləri 2018-ci il yanvarın 1-nə 31,492 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,03% azalma deməkdir.

Bank 2017-ci ildə 17,607 mln. manat xalis mənfəət əldə edib. 2016-cı ildə isə xalis mənfəət 10,37 mln. manat təşkil edib. Bu da ötən ildə Bankın xalis mənfəətinin illik müqayisədə 69,8% artması deməkdir.

Cari il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 225,079 mln. manat, məcmu kapitalı 258,272 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi