"Xalq Bank"ın mənfəəti 14 dəfə artıb

"Xalq Bank"ın mənfəəti 14 dəfə artıb Bakı. 18 oktyabr. REPORT.AZ/
Maliyyə
18 Oktyabr , 2017 09:38
Xalq Bankın mənfəəti 14 dəfə artıb
Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Xalq Bank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 1 805,245 mln. manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 3,2% çoxdur.

“Xalq Bank”ın aktivlərinin 71,2%-ni və yaxud 1 285,399 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 3% kiçilib.

Hesabat dövründə “Xalq Bank”ın cəmi öhdəlikləri 2,1% artaraq 1 551,831 mln. manat, o cümlədən depozit portfeli 1,3% azalaraq 1 186,445 mln. manat təşkil edib. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə demək olar ki, dəyişməyərək 31,492 mln. manat olub.

Kredit təşkilatının cəmi kapitalı 10,6% artaraq 253,413 mln. manat, nizamnamə kapitalı isə 6,35% artaraq 225,079 mln. manat olub. 

Doqquz ay ərzində “Xalq Bank”ın faiz gəlirləri 74,872 mln. manat (illik müqayisədə 5,7% az). faiz xərcləri 19,809 mln. manat (33,5% az), qeyri-faiz gəlirləri 9,399 mln. manat (51,1% az), qeyri-faiz xərcləri isə 26,332 mln. manat (11,9% çox) təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 38,13 mln. manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,8% azdır.

Bu il “Xalq Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 43,6% az – 25,051 mln. manat ayırıb, gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üzrə uçotdakı dəyişikliklərdən isə 47 min manat (31,9% az) gəlir əldə edib. Bununla da, bank bu ilin yanvar-sentyabr aylarını 13,125 mln. manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,5 dəfə çoxdur.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 211 646 490 manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi