"Xalq Bank"ın kredit portfeli 10% azalıb

"Xalq Bank"ın kredit portfeli 10% azalıb Bakı. 23 oktyabr. REPORT.AZ/ “Xalq Bank” ASC-nin cari ilin üçüncü rübünün sonuna aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 7,02% artaraq 1,941 mlrd. manat təşkil edib.
Maliyyə
23 Oktyabr , 2018 13:31
Xalq Bankın kredit portfeli 10% azalıb
Report

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Xalq Bank” ASC-nin cari ilin üçüncü rübünün sonuna aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 7,02% artaraq 1,941 mlrd. manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfeli isə ilin əvvəli ilə müqayisədə 10% azalaraq oktyabrın 1-nə 1,180 mlrd. manat olub.

Cari il oktybarın 1-nə bankın cəmi öhdəlikləri ilin əvvəlindən 7,4% artaraq 1,668 mlrd. manat, depozit portfeli 2,3% artaraq 1,198 mlrd. manat olub. Oktybarın 1-nə AMB-nin banka tələbləri 30 792 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2,2% azdır.

Bankın məcmu kapitalı isə сari ilin 9 ayı ərzində 5% artaraq 271,181 mln. manata çatıb.

Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 9,72% artıb, faiz xərcləri isə 11,6% azalıb. Bunun nəticəsində Bankın xalis faiz gəlirləri 2017-ci ilin 9 ayının yekunları ilə müqayisədə 17,38% artaraq 65,634 mln manat təşkil edib. 

Bankın məlumatında bildirilir ki, xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranıb. “Xalq Bank” 2018-ci il ərzində mənfəətliliyini qoruyub saxlayıb və ötən ilin anoloji dövru ilə müqaisədə 36,84% artaraq ilin ilk üç rübünü 17,959.27 mln manat mənfəətlə bitirib. 

Son xəbərlər

Orphus sistemi