​"Xalq Bank"ın illik mənfəəti 10% artıb

​"Xalq Bank"ın illik mənfəəti 10% artıb Bankın qeyri-faiz zərəri ötən il 16% artaraq 35,3 mln. manata düşüb
Maliyyə
5 Mart , 2015 14:19
​Xalq Bankın illik mənfəəti 10% artıb

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın "Xalq Bank" ASC-nin 2014-cü il üzrə mənfəəti 10,3% artaraq bu ilin yanvarın 1-nə 15,5 mln. manata çatıb. Bu müddətdə Bankın gəlirləri 17,7% artaraq 92,4 mln. manat, xərcləri 19,31% artaraq 76,9 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində Bankın faiz gəlirləri 12,8% artaraq 87,2 mln. manat, faiz xərcləri 9,6% artaraq 35,9 mln. manat olub. Beləliklə, illik müqayisədə bankın faiz mənfəəti 15,2% artaraq 51,3 mln. manata yüksəlib.

Hesabat ilində Bankın qeyri-faiz gəlirləri 4,1 dəfə artaraq 5,3 mln. manat, qeyri-faiz xərcləri 27,8% artaraq 40,6 mln. manata çatıb. Nəticədə, qeyri-faiz zərərində 15,9% artım müşahidə edilib və ilin yekununda qeyri-faiz zərəri 35,3 mln. manat olub.

Hesabat dövründə "Xalq Bank"ın PR və marketinq xərcləri 3,1% azalaraq 491,1 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi