"Xalq Bank" ilk 9 ayı mənfəətlə yekunlaşdırıb

"Xalq Bank" ilk 9 ayı mənfəətlə yekunlaşdırıb İlin əvvəlindən Bankın aktivləri 11% artıb
Maliyyə
17 Noyabr , 2016 13:01
Xalq Bank ilk 9 ayı mənfəətlə yekunlaşdırıb

Bakı. 17 noyabr. REPORT.AZ/ "Xalq Bank" ASC-nin məcmu aktivləri 2016-cı ilin əvvəlindən 10,6% artaraq oktyabrın 1-nə 1 748,534 mln. manata çatıb.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfeli yanvarın 1-i ilə müqayisədə 2,85% artaraq 1 325,281 mln. manata yüksəlib. Kreditlərin 819,574 mln. manatı və ya 61,8%-i xarici valyutada verilib.

Cari il oktyabrın 1-nə əsasən, Bankın depozit portfeli 1 202,313 mln. manat təşkil edib ki, bunun da 74,59%-i və ya 896,761 mln. manatı xarici valyutada yerləşdirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı tələbləri isə 31,5 mln. manat olub.

Bankın nizamnamə kapitalı oktyabrın 1-nə 211,647 mln. manat, məcmu kapitalı 227,407 mln. manat təşkil edib. Qeyd edək ki, Bankın məcmu kapitalında aylıq 4,1% azalma müşahidə olunub.

Bank III rübdə 9,275 mln. manat zərər etməsinə baxmayaraq, ümumilikdə ilk 9 ayı mənfəətlə yekunlaşdırıb.

"Xalq Bank" cari ilin yanvar-sentyabr ayları ərzində vergilər ödənilənədək 973 min manat mənfəət əldə edib. Belə ki, Bankın əməliyyat mənfəəti 45,291 mln. manat təşkil etdiyi halda, bunun 44,387 mln. manatı aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.

Son xəbərlər

Orphus sistemi