“Xalq Bank” daha bir regional filial açır

“Xalq Bank” daha bir regional filial açır “Xalq Bank” ASC Göyçay rayonunda filialını açmağa hazırlaşır
Maliyyə
16 Fevral , 2017 16:41
“Xalq Bank” daha bir regional filial açır

Bakı. 16 fevral. REPORT.AZ/ “Xalq Bank” ASC Göyçay rayonunda filialını açmağa hazırlaşır. 

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, artıq yeni filial üçün işçi qəbuluna başlanılıb.

Göyçay filialı fəaliyyətə başladıqdan sonra “Xalq Bank”ın Bakıdan kənardakı filiallarının sayı 21-ə çatacaq. Paytaxtda isə bank müştərilərinə baş ofisi və 7 filialı ilə xidmət göstərir.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 211 646 490 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 58,3 manat olan 3 630 300 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi