Yuxarı
    Bağlamaq

    Xalid Məhəmməd əl Əbudi: "Azərbaycanda sərmayələr üçün çox böyük imkanlar var"

    ICD-nin baş icraçı direktoru yaxın 4 ildə qlobal İslam maliyyələşməsinin 75% artacağını proqnozlaşdırır

    Bakı. 8 dekabr. REPORT.AZ/ Hazırda dünyada İslam maliyyələşməsinin toplam həcmi 2 trln. ABŞ dolları təşkil edir ki, bu göstəricinin 2020-ci ildə 3,5 trln. dollara çatacağı gözlənilir.

    "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Forumda çıxış edən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi deyib.

    X.M.Əbudi qeyd edib ki, təmsil etdiyi qurum maliyyə bazarlarının inkişafı üçün vəsait ayırmaqda maraqlıdır: "Düşünürəm ki, biz gələcəkdə digər İslam ölkələrini, Orta Asiya və Avropanın bəzi ölkələrini maliyyələşdirəcəyik. Hazırda 57 ölkədə investisiya yatırırıq və həmin ölkələrdə müştərək müəssisələrin yaradılmasında da maraqlıyıq. Tezliklə yerli tərəfdaşlarımızın artacağına inanırıq".

    ICD rəsmisi Azərbaycan hökumətinin investisiya siyasətinin ciddi olduğuna inandığını deyib: "Mütəmadi olaraq Azərbaycana səfər edən insan kimi görürəm ki, Azərbaycanda sərmayələr üçün çox böyük imkanlar var".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi