Yuxarı
    Bağlamaq

    Xalid Əhədov: “Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin düşməsi müvəqqəti haldır”

    O, bunun gözlənilən olduğunu deyib

    Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə “Fitch”, ardınca bu gün “Moody’s” beynəlxalq reytinq agentliyinin Bankın reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib. 

    “Report” xəbər verir ki, o, bunun əvvəlcədən də bəyan etdikləri kimi gözlənilən olduğunu deyib: “Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcək”.

    X.Əhədov vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir. 

    Onun sözlərinə görə, bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi