Xalid Əhədov: "Hazırda ABB-də əsas diqqət maliyyə sağlamlaşdırılmasına yönəldilib"

Xalid Əhədov: "Hazırda ABB-də əsas diqqət maliyyə sağlamlaşdırılmasına yönəldilib" Bankın sanasiyası prosesinin bütün mərhələlərində beynəlxalq məsləhətçilər iştirak edəcək
Maliyyə
21 İyun , 2017 12:43
Xalid Əhədov: Hazırda ABB-də əsas diqqət maliyyə sağlamlaşdırılmasına yönəldilib

Bakı. 21 iyun. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması prosesi üç mərhələdən ibarətdir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin sədri Xalid Əhədov məlumat verib.

“Bu, maliyyə sağlamlaşdırılması, əməliyyat sağlamlaşdırılması və özəlləşdirməyə hazırlıqdır. Hazırda əsas diqqət maliyyə sağlamlaşdırılmasına yönəldilib, bankın aktivləri, öhdəlikləri və kapitalı ilə bağlı olan dəyişikliklərdir. Bu mərhələ başa çatdıqdan sonra digər mərhələyə başlayacağıq. Hər 3 mərhələdə yardımçımız dünyaca tanınmış məsləhətçi şirkətlər olacaq”, - deyə X.Əhədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi