"World Gold Council": Qızıl bahalaşmayacaq

"World Gold Council": Qızıl bahalaşmayacaq Proqnoz: Böyük ehtimalla, qızılın ucuzlaşması davam edəcək
Maliyyə
16 Dekabr , 2016 16:34
World Gold Council: Qızıl bahalaşmayacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Qlobal miqyasda insanların cari gəlirlərinin azalması qızıla olan tələbatı azaldacaq, bu da öz növbəsində qızılın bahalaşmasına mane olacaq. 

"Report" xəbər verir ki, bunu "World Gold Council" marketinq şirkətinin direktoru Con Malliqan (John Mulligan) "Gazeta.ru" saytına müsahibəsində bildirilib. 

Onun sözlərinə görə, qızılın qiyməti bu ilin yanvar-noyabr aylarında 23% yüksəldikdən sonra son bir ayda 13% ucuzlaşaraq 1 130 dollar/unsiyaya kimi geriləyib. İlin əvvəlində maliyyə bazarlarında olan mənfi amillər və uçot dərəcələrinin aşağı səviyyədə olması investorları təhlükəsiz maliyyə aləti olan qızıla yönəldib. Lakin indi, dünyada faizlər artmağa başlayıb, investorlar riskli aktivlərə yönəlməyə başlayıb. Ən əsası da odur ki, dünya qızıl ticarətinin yarısının həyata keçirildiyi Çin və Hindistan bazarlarında yaranan problemlər qızıla tələbatı ciddi şəkildə azaldıb. Belə ki, Hindistanda pul islahatları nəticəsində ölkədəki əsginasların 96%-i dəyişib. Çində isə yuanın ucuzlaşması və alıcılıq qabiliyyətinin zəifləməsi əhalinin yatırımlarını azalmasına səbəb olub. Sadalanan amillər fonunda qızılın yaxın zamanlarda ən yaxşı halda bu səviyyədə qalmasını, böyük ehtimalla isə ucuzlaşmasını şərtləndirir.

Son xəbərlər

Orphus sistemi