​"WizzAir" Budapeşt-Bakı aviareysindən 3 mln. avro gəlir götürmək niyyətindədir

​"WizzAir" Budapeşt-Bakı aviareysindən 3 mln. avro gəlir götürmək niyyətindədir Y.Varadi: "Aviaşirkət bu reys vasitəsi ilə ildə 30 min sərnişin daşımağı planlaşdırır"
Maliyyə
6 Mart , 2016 14:50
​WizzAir Budapeşt-Bakı aviareysindən 3 mln. avro gəlir götürmək niyyətindədir

Bakı. 6 mart. REPORT.AZ/ Macarıstanın "WizzAir" lou-kost aviaşirkəti Budapeşt-Bakı reysi vasitəsi ilə ildə 30 min sərnişin daşımağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında şirkət rəhbəri Yojef Varadi məlumat verib.

"Gələcəkdə, əgər tələbat artarsa, biz bu rəqəmləri yenidən nəzərdən keçirməyə hazırıq", - deyə Y.Varadi bildirib.

Şirkətin baş direktoru qeyd edib ki, aviaşirkət bu istiqamətdə 2,5-3 milyon dollar gəlir əldə etmək niyyətindədir.

Y.Varadi bildirib ki, Azərbaycan tərəfi ilə reysin həyata keçirilməsinə dair saziş 3 il müddətinə bağlanıb və bu müddət ərzində sazişdə dəyişikliklər olmayacaq:

"Lakin biz çalışacağıq bu müddəti uzadaq. Bundan əlavə, əgər biz öz mövqeyimizi möhkəmləndirəriksə, bölgə aeroportlarından da reyslərimizi həyata keçirə bilərik".

Son xəbərlər

Orphus sistemi