Vüsal Qasımlı: “Ənənəvi bankçılıq maliyyə texnologiyalarından istifadəni genişləndirməlidir”

Vüsal Qasımlı: “Ənənəvi bankçılıq maliyyə texnologiyalarından istifadəni genişləndirməlidir” “Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi genişlənməlidir”.
Maliyyə
16 May , 2019 10:27
Vüsal Qasımlı: “Ənənəvi bankçılıq maliyyə texnologiyalarından istifadəni genişləndirməlidir”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı / Report/ Firi Salim

“Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi genişlənməlidir”.

"Report" xəbər verir ki, bunu Bakıda Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Ənənəvi bankçılıq maliyyə texnologiyalarından istifadəni genişləndirməli, bununla bağlı bir qovşaq yaranmalıdır. Əks təqdirdə bank sektoru uduza bilər. Açıq bankçılığa sürətli keçid təmin edilməlidir. Azərbaycanda aparılan uğurlu islahatlar bank sektorunun da uğurunu təmin edəcək”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi