Yuxarı

Vüsal Qasımlı: "Bu il Azərbaycanın qeyri-neft sektoru 2% artacaq"

Vüsal Qasımlı: "Bu il Azərbaycanın qeyri-neft sektoru 2% artacaq"

96

Beynəlxalq Valyuta Fondununun hesabatında isə bu rəqəmin 4% olacağı qeyd edilib
© Report

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu ilin sonuna qədər Azərbaycanın kənd təsərrüfatı istehsalında 4%-lik artım gözlənilir. "Report" xəbər verir ki, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, 2017-ci il Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi islahatlar baxımından uğurlu olub: "Dünya iqtisadiyyatında böhranlara baxmayaraq, bu il üçün Azərbaycan qeyri-neft ixracında 25%-ə qədər artım proqnozlaşdırılır. İlin sonuna qədər ölkəmizin qeyri-neft sektorunda 2%-lik artım gözlənilir. Beynəlxalq Valyuta Fondununun (IMF) hesabatında isə bu rəqəm 4% olacaq ki, bu da dünya üzrə orta rəqəmdən yüksəkdir".

İİTKM rəhbəri Azərbaycana yatırılan investisiyalarla bağlı məsələlərə də toxunub: "Hesab edirəm ki, "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilə qədər uzadılması 2017-ci ildə ölkəmizdə ən əhəmiyyətli hadisələrdən biri idi. Başda BP olmaqla bir dıra dünya əhəmiyyətli şirkətlərin 2050-ci ilə qədər Azərbaycana investisiya yatırması özü bir siqnaldır. Bu digər investorlara mesajdır ki, Azərbaycana investisiyaya açıq sabit ölkə kimi sərmayə yatırsınlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi