Vüsal Qasımlı: "Azərbaycanda pulun tarazlıq qiymətinin tapılmasına ehtiyac var"

Vüsal Qasımlı: "Azərbaycanda pulun tarazlıq qiymətinin tapılmasına ehtiyac var" İİTKM-in icraçı direktoru: "Ortaq məxrəc olmadığı üçün bankların resurslarının bir hissəsi istifadəsiz qalıb"
Maliyyə
5 Aprel , 2017 15:44
Vüsal Qasımlı: Azərbaycanda pulun tarazlıq qiymətinin tapılmasına ehtiyac var
Report.az

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda maliyyə sektoru ilə real sektorun arasında pulun tarazlıq qiymətinin tapılmasına dair çağırışlar mövcuddur. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu gün banklar maliyyə resurslarını bacardıqca yüksək qiymət satmağa, sahibkarlar isə bacardıqca ucuz almağa çalışır: “Ortaq məxrəc olmadığı üçün bankların resurslarının bir hissəsi istifadəsiz qalıb, iş adamları isə istədikləri qədər kredit ala bilmirlər. Bu, həm də yığım və investisiyalar arasında tarazlığın pozulmasına səbəb olub”.

V.Qasımlı qeyd edib ki, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin qəbulu və tətbiqi Azərbaycanda, xüsusilə də bölgələrdə sahibkarların kredit resurslarına çıxış imkanlarını genişləndirəcək: “Bu yenilik maliyyə xidmətlərinin bütün spektrlər üzrə inkişafını təmin edə bilər. Rəhbərlik etdiyim qurum məsələ ilə bağlı müzakirələrə həmişə hazırdır”.

Son xəbərlər

Orphus sistemi