Yuxarı
    Bağlamaq

    Vüsal Qasımlı: "Azərbaycanda bank sektoru daha da sabitləşdiriləcək"

    Banklarda risk menecmentindən toksik aktivlərin idarə edilməsinə qədər bütün məsələlər yüksək səviyyədə olacaq© Report.az

    Bakı. 8 may. REPORT.AZ/ Gələcəkdə Azərbaycanın bank sektorunda vəziyyət daha da sabitləşdiriləcək. 

    Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

    "Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi fəaliyyət göstərir. Bu xəritədə Azərbaycanın maliyyə sektoru, o cümlədən bank sektoru ilə bağlı prioritetlər müəyyənləşdirilib. Düşünürəm ki, sənədə uyğun olaraq Azərbaycanın bank sektorunun inkişafı təmin olunacaq, bu sahədə vəziyyət daha da sabitləşdiriləcək. Bankların bütün istiqamətlərdə, risk menecmentindən tutmuş toksik aktivlərin idarə edilməsinə qədər fəaliyyəti yüksək səviyyədə təmin ediləcək",- deyə İİTKM rəhbəri qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi