Yuxarı
    Bağlamaq

    Vüsal Qasımlı: "Azərbaycanda alternativ bankçılıq yaranır"

    Maliyyə texnologiyalarının sürətlə inkişaf etməsi Azərbaycan bankları üçün yeni çağırışdır

    Bakı. 24 noyabr. REPORT.AZ/ Maliyyə texnologiyalarının sürətlə inkişaf etməsi Azərbaycan bankları üçün yeni çağırışdır. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

    Onun sözlərinə görə, bank sistemi sürətlə rəqəmsallaşır, alternativ bankçılıq yaranır və yerli banklar işinə bu tendensiyaya uyğun qurmalıdır: “Həmçinin, əhalinin davranış modeli sürətlə dəyişir, kommunikasiya texnologiyalarından istifadə genişlənir və bu, bankları işini müasir tələblərə uyğun qurmağa sövq edir. Bununla yanaşı, bank əməliyyatlarının modelində dəyişikliklər baş verib və bu, üniversal bankların fəaliyyətinin tənzimlənməsini daha vacib amil kimi ortaya qoyur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi