​"VTB Group": ABŞ-ın yeni sanksiyaları VTB-nin müştərilərinə təsir etməyəcək - YENİLƏNİB

​"VTB Group": ABŞ-ın yeni sanksiyaları VTB-nin müştərilərinə təsir etməyəcək - YENİLƏNİB Bank bunu əsasən yerli mənbələrdən maliyyələşməsi ilə əlaqələndirir
Maliyyə
23 Dekabr , 2015 12:37
​VTB Group: ABŞ-ın yeni sanksiyaları VTB-nin müştərilərinə təsir etməyəcək - YENİLƏNİB

İlk xəbər saat 12:28-də verilib

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyinin "VTBGroup"a daxil olan qurumların sanksiyaların tətbiq olunan siyahıya daxil edilməsi Rusiya bankın holdinqinin fəaliyyətinə ciddi təsir etməyəcək. "Report" xəbər verir ki, bununla bağlı Qrupa daxil olan "VTB24"-ün bəyanatında bildirilir.

"Müştərilərimiz olan fiziki və hüquqi şəxslər ABŞ sanksiyalarından zərər görməyəcək. Bu həm də plastik kartlar sahiblərinə aiddir. Rusiya və xaricdə kartların istiadəsinə hec bir əngəl olmayacaq. Sanksiyalar xaricdən Rusiyanın dövlət banklarının maliyyələşməsinə təsir göstərəcək. Bizim müştərilərin hamısının hesabları Rusiyada yerləşdirilir və maliyyələşməni də Bank yerli mənbələr hesabına həyata keçirir", - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, ötən gün ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısı genişlənib. Bank sektoruna da tətbiq edilən sanksiyalar "Sberbank" və "VTB Group"a da şamil edilib. Sansksiyalar, həmçinin "VTB Group"un törəmə qurumları "VTB Bank", "VTB24" və Bankın Azərbaycan, Qazaxıstan, Ukrayna, Gürcüstan, Ermənistandakı törəmə bankları və s. təşkilatları əhatə edir.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank"ın törəmə bankıdır, digər əsas səhmdarı isə "AtaHolding" ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub. Təxminən 6 il öncə yaradılan Bank indiyədək əsasən təsisçiləri tərəfindən maliyyələşib, həmçinin AMB-dən mərkəzləşmiş qaydada maliyyə resursları cəlb edib.

***

"Bank VTB (Azərbaycan)"dan isə "Report"a bildirilib ki, Bankın ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına daxil edilməsi 2014-cü ilin sentyabrından tətbiq olunan sanksiyaların hüquqi qüvvəsini dəyişmir.

"Bank VTB (Azərbaycan)" yüksək likvidlik və kapital səviyyəsini qoruyaraq ştat rejimində fəaliyyət göstərməyə davam edir. Sanksiya siyahısında konkret təşkilatların adının açıqlanması Bankdan hər hansısa alternativ qərarların verilməsini tələb etmir. Çünki tətbiq olunan sanksiyalar əsasən Bankın kapitalına ABŞ-dan 30 gündən çox müddətə vəsaitin cəlb olunmasını məhdudlaşdırır. Bank əsas vəsaitləri ölkə daxilindən cəlb edir və baş ofis - VTB-nin dəstəyindən istifadə edir. Bank müştəriləri qarşısında öhdəliklərini yerinə yetirir və bildirir ki, ABŞ tərəfindən məhdudlaşdırma tədbirlərinin uzadılması "Bank VTB (Azerbaijan)"ın nə fiziki, nə hüquqi şəxs olan müştərilərinə təsir etməyəcək", - deyə Bankın Bakı ofisindən bildirilib.

Son xəbərlər

Orphus sistemi