Bakı. 5 yanvar. REPORT.AZ/ “Viza Kredit BOKT" MMC-nin faizli təmin edilməmiş istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.
"Report" bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaydığı məlumata istinadən xəbər verir.
Emissiyanın ümumi həcmi 500 min ABŞ dolları təşkil edir. Belə ki, “Viza Kredit BOKT" MMC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 000 dollar olan 500 ədəd faizli təmin edilməmiş istiqrazlarının buraxılışı AZ2002019225 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.