“Viza Kredit” ötən ili mənfəətlə başa vurub

“Viza Kredit” ötən ili mənfəətlə başa vurub Bakı. 10 iyul. REPORT.AZ/ “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 3,469 mln. manat təşkil edib...
Maliyyə
10 İyul , 2017 16:24
“Viza Kredit” ötən ili mənfəətlə başa vurub

Bakı. 10 iyul. REPORT.AZ/ “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 3,469 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,6% çoxdur.

“Viza Kredit”in aktivlərinin 86,9%-ni və yaxud 3,015 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 19,1% kiçilib.

2016-cı ildə “Viza Kredit”in cəmi öhdəlikləri 20,3% azalaraq 3,093 mln. manata, cəmi kapitalı isə 19% azalaraq 376 min manata düşüb.

Ötən il BOKT-un faiz gəlirləri 869 min manat (əvvəlki ilə nisbətən 6,4% çox), faiz xərcləri 362 min manat (47,2% çox), qeyri-faiz gəlirləri 163 min manat (58,4% az), qeyri-faiz xərcləri isə 653 min manat (32,65% çox) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti 17 min manat olub ki, bu da illik müqayisədə 96,4% azdır.

2016-cı ildə “Viza Kredit” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması xərclərinə 16 min manat qənaət edib, 2015-ci illə müqayisədə 88,3% az – 7 min manat mənfəət vergisi ödəyib. Bununla da, BOKT ötən ili 26 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 77,6% azdır.

Xatırladaq ki, “Viza Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 350 min manatdır. BOKT-un təsisçiləri hər biri 50%-lik payla Ceyhun Eldar oğlu Mehdizadə və Yaşar Kamran oğlu Məmmədovdur. 

Son xəbərlər

Orphus sistemi