“Viza Kredit” BOKT-nin aktivləri 53% azalıb

“Viza Kredit” BOKT-nin aktivləri 53% azalıb “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 52,9% azalaraq bu il yanvarın 1-nə 983 min manat təşkil edib.
Maliyyə
15 İyun , 2019 16:27
“Viza Kredit” BOKT-nin aktivləri 53% azalıb

“Viza Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 52,9% azalaraq bu il yanvarın 1-nə 983 min manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Viza Kredit”in müştərilərə verdiyi xalis kreditlər 50,7% azalaraq 876 min manata düşüb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri 57,7% azalaraq 1,006 milyon manat, cəmi kapitalındakı çatışmazlıq isə 92,15% azalaraq 23 min manat olub.

“Viza Kredit” 2018-ci ili 850 min manat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 32,8% çoxdur. 

Son xəbərlər

Orphus sistemi