“Vijn Fond Azərkredit” müflis elan edilib

“Vijn Fond Azərkredit” müflis elan edilib Bakı. 11 iyul. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mayın 25-də qəbul etdiyi qətnamə ilə “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatı müflis elan edilib, “Gəncə Konsultant” ASC onun əmlak inzibatçısı təyin olunub.
Maliyyə
11 İyul , 2018 09:17
“Vijn Fond Azərkredit” müflis elan edilib

Bakı. 11 iyul. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mayın 25-də qəbul etdiyi qətnamə ilə “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatı müflis elan edilib, “Gəncə Konsultant” ASC onun əmlak inzibatçısı təyin olunub.

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, kreditorlar Borcluya qarşı tələblərini bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənə qədər yazılı şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov və Səməd Vurğun küçələrinin kəsişməsi, “World Business Center” iş mərkəzi, 3-cü mərtəbə ünvanına bildirə bilərlər. Kreditorların ilk yığıncağı da elə bu ünvanda, iyulun 26-sı, saat 14:30-da keçiriləcək.

Kreditorlar tələbin verilməsi qaydası, onun forması, habel kreditorlar yığıncağının keçirilməsi qaydası və sair əlavə məlumatları Borclunun www.azercredit.az internet səhifəsindən əldə edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi