“Viator Mikrokredit Azərbaycan”ın aktivləri 42% azalıb

“Viator Mikrokredit Azərbaycan”ın aktivləri 42% azalıb Bakı. 30 may. REPORT.AZ/ “Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 41,5% azalaraq bu il yanvarın 1-nə 5,242 mln. manat təşkil edib.
Maliyyə
30 May , 2018 11:48
“Viator Mikrokredit Azərbaycan”ın aktivləri 42% azalıb

Bakı. 30 may. REPORT.AZ/ “Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 41,5% azalaraq bu il yanvarın 1-nə 5,242 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Viator Mikrokredit Azərbaycan"ın müştərilərə verdiyi kreditlər 44,4% azalaraq 4,404 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 34,4% azalaraq 4,566 mln. manat, o cümlədən borc vəsaitləri 34,2% azalaraq 4,551 mln. manat, cəmi kapitalı isə 66,3% azalaraq 676 min manat olub.

“Viator Mikrokredit Azərbaycan” 2017-ci ili 1,333 mln. manat xalis zərərlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 43,85% azdır. 

Son xəbərlər

Orphus sistemi