Yuxarı
    Bağlamaq

    VISA: Azərbaycanda elektron dələduzluq çox aşağı səviyyədədir

    Dələduzluq hər 100 dollara 3 sent civarındadır

    Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda elektron dələduzluğun səviyyəsi çox aşağı səviyyədədir. "Report" xəbər verir ki, bunu "VİSA İnternational" təşkilatının MDB regionu üzrə baş risk meneceri Larisa Makarova deyib.

    L.Makarova qeyd edib ki, regionda olan digər ölkələrlə müqayisədə Azərbaycanda bank kartlarının təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilir: "Azərbaycanda elektron dələduzluq hər 100 dollara 3 sent civarındadır ki, bu da region ölkələrinə nisbətən minimum səviyyədədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi