Bakı. 6 dekabr. REPORT.AZ/ MDB məkanında 400 mln. "Visa" kart istifadəçisi var ki, onlar da gün ərzində 2 mln.-a qədər əməliyyat aparır. "Report" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının (ABB) "Təhlükəsiz kart" proqramı çərçivəsində "Sıfır məsuliyyət" ("Zero liability") siyasətinin təqdimatında çıxış edən "VISA International"ın MDB ölkələri üzrə meneceri Mandi Ləmb (Mandy Lamb) deyib.
Onun sözlərinə görə, Azərbaycan regionda VISA üçün əhəmiyyətli ölkələr sırasındadır: ""Regionda olan 17 ölkə arasında Azərbaycan əhəmiyyətli yer tutur. Bu ölkə ümumi daxili məhsulun (ÜDM) artımına görə də inkişaf edib. Həmçinin elektron ödənişlərin həcmində də artım var".