VİP müştərilər üçün Rusiyanın ən yaxşı bankları açıqlanıb

VİP müştərilər üçün Rusiyanın ən yaxşı bankları açıqlanıb Siyahıya "Sberbank" başçılıq edir
Maliyyə
29 Avqust , 2016 14:04
VİP müştərilər üçün Rusiyanın ən yaxşı bankları açıqlanıb

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-ın nüfuzlu "Forbes" nəşri VİP müştərilər üçün Rusiyanın ən yaxşı banklarının reytinq cədvəlini açıqlayıb. "Report" xəbər verir ki, siyahıda "Sberbank" 1-ci yeri tutub.

Bu bankın 2012-ci ildə istifadəyə verdiyi "Private Banking" xidməti ən yaxşı hesab edilir. Növbəti yerlərdə isə "Qazprombank" və "Bank VTB" qərarlaşıb.

Reytinq hazırlanarkən Rusiyanın 40 bankı qiymətləndirilib. Bu banklar hesabında 1-5 mln. ABŞ dolları olan, ümumilikdə 2,5 trln. rubl pula (təxminən 62 mlrd. manat) malik 40 min müştəriyə xidmət edir.

Son xəbərlər

Orphus sistemi