​Vergilər Nazirliyinin xidmət mərkəzləri şənbə günü də işləyəcək

​Vergilər Nazirliyinin xidmət mərkəzləri şənbə günü də işləyəcək Məqsəd yeni vergi bəyannamələrinin vaxtında təqdim olunmasını təmin etməkdir
Maliyyə
10 İyul , 2015 17:44
​Vergilər Nazirliyinin xidmət mərkəzləri şənbə günü də işləyəcək

Bakı. 10 iyul. REPORT.AZ/ İyulun 11-də Vergilər Nazirliyinin Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri saat 10:00-dan 15:00-a qədər xidmət göstərəcək. "Report"un Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məqsəd bu ilin II rübü üzrə təqdim edilməli bəyannamələrin vergi orqanına vaxtında təqdim edilməsini təmin etməkdir.

Xatırladaq ki, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət Mərkəzi Mirəli Qaşqay küçəsi, 56, Nərimanov Xidmət Mərkəzi Ağa Nemətulla küçəsi, 44, Binəqədi Xidmət Mərkəzi isə Ziya Bünyadov prospekti,15 ünvanında yerləşir.

Qeyd edək ki, bu, vergi hesabatlarının hər yeni ayın (rübün, yarımilliyin ilk ayının) 20-dək təqdim edilməsi tələbi ilə bağlıdır. 

Son xəbərlər

Orphus sistemi