Yuxarı

​Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard manatdan çox vəsait daxil olub

Proqnoz tapşırığına 101,9 faiz əməl edilib

Bakı. 11 Avqust. REPORT.AZ/ 2015-ci ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 104 milyon 76,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,9 faiz əməl edilib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin 2015-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları haqqında dərc etdiyi məlumatda bildirilir.

Məlumata görə, hesabat dövründə vergi orqanlarında 47.396 vergi ödəyicisi qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi