Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb Bu il Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl olunub
Maliyyə
8 Avqust , 2017 16:02
Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb
Report

Bakı. 8 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 084 988 400 manat məbləğində vəsait ödənilib. Bu barədə “Report”a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 235 045 900 manat və ya 6,11% çoxdur. 

Açıqlamada deyilir ki, bu il üçün Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl olunub.

Son xəbərlər

Orphus sistemi