Yuxarı

​Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% azalıb

Bu ilin ilk beş ayında isə müvafiq proqnoz 3,2% artıq icra olunub

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 683 536,5 min manat vəsait daxil olub.

Bu barədə “Report”a Vergilər Nazilriyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə müvafiq proqnoz tapşırığına 103,2% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daxilolmalar 165 346,2 min manat yaxud 5,8% azalıb.

Hesabat dövründə ölkə üzrə ümumilikdə 44 961 vergi ödəyicisi qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi