Vergilər Nazirliyinin Tədris Mərkəzində sertifikatlaşdırma imtahanları keçirilib

Vergilər Nazirliyinin Tədris Mərkəzində sertifikatlaşdırma imtahanları keçirilib İmtahanlar onlayn şəkildə və ingilis dilində olub
Maliyyə
5 Sentyabr , 2017 15:36
Vergilər Nazirliyinin Tədris Mərkəzində sertifikatlaşdırma imtahanları keçirilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin Tədris Mərkəzində, “Imza Group” MMC ilə əməkdaşlıq çərçivəsində ilk ACCA sertifikatlaşdırma imtahanları keçirilib.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

İlkin mərhələdə 30 nəfərin iştirak etdiyi imtahanlar onlayn şəkildə və ingilis dilində olub. Tədris Mərkəzinin rəisi Əli Həsənovun, “İmza Group”un nümayəndələrinin və sertifikasiya təlimlərinin digər təşkilatçılarının iştirak etdiyi tədbirdə bildirilib ki, tərəflər arasında imzalanmış memoranduma əsasən, bu qurumlar vergi qanunvericiliyi üzrə təlim materiallarının hazırlanması, vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək üçün tədbirlərin keçirilməsi, müvafiq sahələr üzrə birgə konfrans, seminar, təlim və görüşlərin keçirilməsi və müvafiq sahələr üzrə konsaltinq və digər xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edirlər.

ACCA mərkəzi Londonda (Böyük Britaniya) yerləşən, 1904-cü ildən bəri fəaliyyət göstərən, müxtəlif dünya ölkələrindən 188 min üzvü olan nüfuzlu  təşkilatdır. Həmin təşkilatın imtahanlarından uğurla keçmiş şəxslərə verilən sertifikatlar dünya ölkələrinin əksəriyyətində tanınır. 

Son xəbərlər

Orphus sistemi