Vergilər Nazirliyinin büdcə öhdəliyi 8% artırılır

Vergilər Nazirliyinin büdcə öhdəliyi 8% artırılır 2020-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 785 milyon manat vəsait daxil olacağı gözlənilir.
Maliyyə
18 Oktyabr , 2019 17:04
Vergilər Nazirliyinin büdcə öhdəliyi 8% artırılır
Vergilər Nazirliyi / Report

2020-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 785 milyon manat vəsait daxil olacağı gözlənilir.

“Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 7,6% çoxdur.

Gələn il ən çox artım fiziki şəxslərin ödədiyi gəlir vergisində gözlənilir. Bu istiqamətdə daxilolmaların illik müqayisədə 33,5% çox – 1 175 milyon manat olacağı nəzərdə tutulub. Aksiz vergisi üzrə daxilolmaların 24,4% artaraq 749 milyon manat, sadələşdirilmiş vergi üzrə daxilolmaların 18% artaraq 380 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmaların 12,5% artaraq 2 030 milyon manat, mədən vergisi üzrə daxilolmaların 1,1% artaraq 134,5 milyon manat, əmlak vergisi, dövlət rüsumu və torpaq vergisi üzrə daxilolmaların isə dəyişməyərək müvafiq olaraq 211 milyon manat, 190 milyon manat və 45 milyon manat olacağı proqnozlaşdırılır.

Əvəzində mənfəət vergisi üzrə daxilolmaların 0,5% azalaraq 2 656,5 milyon manat, yol vergisi üzrə daxilolmaların 7,3% azalaraq 76 milyon manat, sair daxilolmaların isə 39,5% azalaraq 228 milyon manata olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi