Yuxarı

Vergilər Nazirliyində yeni təyinatlar olub

Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb

Bakı. 3 fevral. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. “Report” xəbər verir ki, həmçinin Nazirliyin departamentlərindən birində də dəyişiklik olub.

Məlumata görə, F.Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Qeyd edək ki, M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktoru olub. Onun yerinə bu vəzifəyə Nəsimi Əsgər oğlu Cəfərov təyin edilib. N.Cəfərov isə bu vaxta qədər Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi