Yuxarı
    Bağlamaq

    Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

    Vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun bazasında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti yaradılıb

    Bakı. 21 dekabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində bir sıra struktur dəyişiklikləri aparılıb. “Report” xəbər verir ki, Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması Baş İdarəsi ilə Vergi auditi və operativ nəzarət Baş İdarəsi ləğv edilərək, onların bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti və Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

    Vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun bazasında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti yaradılıb.

    Vergilər Nazirliyi yanında Bakı Vergilər və 1 saylı Vergilər Departamentləri ləğv olunaraq, onların bazasında Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamenti yaradılıb.

    Nazirliyin açıqlamasında qeyd edilir ki, bu struktur dəyişikliyi Azərbaycan Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, vergi orqanlarında kadr potensialından səmərəli istifadə edilməsi, eləcə də daha təkmil və müasir idarəetmə menecmentinin formalaşdırılması məqsədilə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi