Vergilər Nazirliyində iki idarə departamentə çevrilib

Vergilər Nazirliyində iki idarə departamentə çevrilib Həmçinin, Nazirliyin strukturunda yeni təyinat olub
Maliyyə
5 Aprel , 2017 11:35
Vergilər Nazirliyində iki idarə departamentə çevrilib
Report

Bakı. 5 aprel. REPORT.AZ/ Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi olub. “Report” xəbər verir ki, həmçinin Nazirliyin iki idarəsi departamentə çevrilib.

Məlumata görə, Maliyyə və təminat İdarəsinin adı dəyişdirilərək Maliyyə və təminat Departamenti olub və bu departamentə baş direktor Vəkil İsmayıl oğlu Süleymanov təyin edilib.

Qeyd edək ki, bu vaxta qədər həmin Maliyyə və təminat İdarəsinin rəisi Rahim Veyis oğlu Əfəndiyev olub. V.Süleymanov isə həmin idarədə rəis müavini olub.

Bundan əlavə İnsan resursları İdarəsi İnsan resursları Departamenti ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi