​Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

​Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə vergi islahatları ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb
Maliyyə
2 Fevral , 2016 17:37
​Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Vergilər Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Vergilər nazirinin müavini Sahir Məmmədxanov Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, dünyada baş verən kataklizmlərə baxmayaraq 2015-ci ildə aparılan uğurlu iqtisadi siyasət, ölkədə makroiqtisadi vəziyyətin sabitliyi, Azərbaycan iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığı, vergi sistemində aparılan modernləşmə prosesi, texnoloji imkanların genişləndirilməsi, vergi inzibatçılığı və elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

Dünya Bankının Cənubi Qafqaz üzrə proqram rəhbəri Raşmi Şankar yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdırılməsi, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılması istiqamətində hökumətin atdığı addımları, vergi sisteminin modernləşdirilməsi və innovasiyaların dəstəklənməsində vergilərin stimullaşdırıcı rolunun artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Görüşdə vergi siyasəti, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son tədbirlər, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və növbəti islahatlarla bağlı planlara dair fikir mübadiləsi aparılıb, missiya üzvlərinin sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi